Bəzi prosedurlar zamanı heyvanların rahatlığı və ağrı hiss etməməsi üçün yerli (lokal) anesteziya tətbiq olunur. VetAnimal-də bu proses peşəkar baytar həkimlər tərəfindən təhlükəsiz və nəzarət altında həyata keçirilir.
Yerli anesteziya sayəsində yalnız müəyyən nahiyə keyləşir, balaca dostunuz isə müdaxilə zamanı narahatlıq keçirmir. Bu üsul xüsusilə kiçik cərrahi əməliyyatlar, tikişlərin qoyulması və ya müxtəlif müayinə proseslərində effektivdir.
Hər bir heyvanın çəkisi, yaşı və ümumi sağlamlıq vəziyyəti nəzərə alınaraq uyğun dərman dozası seçilir. Məqsədimiz – dostunuzun sağlamlığını qorumaq və proseduru maksimum rahat keçirməsinə şərait yaratmaqdır.
Русский
