Qulaq hematoması — qulaq seyvanında qan yığılması nəticəsində yaranan ağrılı vəziyyətdir. Bu hal adətən güclü qaşınma, infeksiya və ya travma səbəbindən baş verir. Müalicə olunmadıqda hematoma qulağın formasının dəyişməsinə və daimi deformasiyalara səbəb ola bilər.
VetAnimal-da qulaq hematomasının müalicəsi peşəkar baytar həkimlər tərəfindən, müasir avadanlıqlarla və steril şəraitdə aparılır. Müalicə zamanı həm hematoma aradan qaldırılır, həm də yaranma səbəbi (infeksiya, parazit və s.) müalicə olunur.
Məqsədimiz balaca dostunuzun ağrıdan azad olub qulaq sağlamlığını qorumasıdır.
Русский
