Quduzluq heyvanlarda və insanlarda ölümcül nəticələrə səbəb ola bilən təhlükəli virus xəstəliyidir. Xüsusilə səyahət və ya beynəlxalq daşınmalar zamanı heyvanların sağlamlıq vəziyyətinin təsdiqlənməsi üçün quduzluq testi vacib hesab olunur.
VetAnimal-də quduzluq testi müasir laboratoriya avadanlıqları ilə, peşəkar baytar həkimlər tərəfindən həyata keçirilir. Test heyvanın qan nümunəsi əsasında aparılır və nəticələr beynəlxalq standartlara uyğun olaraq hazırlanır.
Məqsədimiz – həm balaca dostunuzun, həm də sizin təhlükəsizliyinizi qorumaq və bütün hüquqi prosedurlar üçün rəsmi nəticə təqdim etməkdir.
Русский
