Plastin qoyulması sümük sınıqları və ağır travmalar zamanı sümüklərin sabitləşdirilməsi üçün tətbiq edilən cərrahi üsuldur. Metal plaka vasitəsilə sınıq sümük hissələri düzgün vəziyyətdə bərkidilir və sağlam şəkildə bitişməsi təmin olunur. Bu metod heyvanın normal hərəkət qabiliyyətini tez bərpa etməsinə və uzunmüddətli ağırlaşmaların qarşısını almağa kömək edir.
VetAnimal-də plastin qoyulması əməliyyatları peşəkar baytar cərrahları tərəfindən, müasir implantlar və steril avadanlıqlar vasitəsilə həyata keçirilir. Prosedur tam təhlükəsizdir və heyvanın sağlamlığına üstünlük verilir.
Məqsədimiz balaca dostunuzun sümüklərinin düzgün bərpasını təmin etmək və normal həyatına qayıtmasına dəstək olmaqdır.
Русский
