Darama heyvanların tüklərinin sağlam, parlaq və baxımlı qalması üçün ən vacib prosedurlardan biridir. Müntəzəm darama tük dolaşıqlarının yaranmasının, ölü tüklərin yığılmasının və parazitlərin yayılmasının qarşısını alır. Həmçinin dəri qan dövranını yaxşılaşdırır və heyvanın özünü daha rahat hiss etməsinə kömək edir.
VetAnimal-də darama xüsusi daraqlar və peşəkar groomerlər tərəfindən həyata keçirilir. Proses tam təhlükəsizdir və heyvanın dərisinin həssaslığı nəzərə alınır.
Məqsədimiz balaca dostunuzun tüklərini sağlam və baxımlı saxlamaqdır.
Русский
