Amputasiya ağır travma, şiş, infeksiya və ya sağalmaz xəstəliklər nəticəsində zədələnmiş və ya funksiyasını itirmiş ətrafın kəsilməsi ilə aparılan cərrahi prosedurdur. Bu əməliyyat heyvanın həyatını xilas etmək, ağrılarını azaltmaq və infeksiyanın yayılmasının qarşısını almaq üçün həyata keçirilir. Amputasiya heyvanların yeni şəraitə uyğunlaşaraq sağlam və xoşbəxt həyat sürməsinə imkan yaradır.
VetAnimal-də amputasiya əməliyyatları peşəkar baytar cərrahları tərəfindən, müasir avadanlıqlar və steril şəraitdə aparılır. Proses təhlükəsizdir və əməliyyatdan sonra heyvanın reabilitasiyası xüsusi qayğı ilə izlənilir.
Məqsədimiz balaca dostunuzun həyatını xilas etmək və ağrısız, keyfiyyətli həyat sürməsini təmin etməkdir.
Русский
