İtlər və pişiklər üçün qurd dərmanı (antiparazitar müalicə) onların sağlamlığı və uzunömürlülüyü üçün vacibdir. Bağırsaq parazitləri heyvanların immunitetini zəiflədir, iştah azalmasına, arıqlamaya və hətta daxili orqanlarda ciddi problemlərə səbəb ola bilər.
VetAnimal-də qurd dərmanı müalicəsi heyvanın çəkisi, yaşı və ümumi sağlamlıq vəziyyəti nəzərə alınaraq peşəkar baytar həkimlər tərəfindən aparılır. Müntəzəm antiparazitar müalicə həm heyvanınızı qoruyur, həm də ailənizin sağlamlığı üçün vacib profilaktik tədbirdir.
Məqsədimiz – balaca dostunuzun parazitlərdən qorunaraq sağlam və rahat yaşamasına kömək etməkdir.
Русский
