Bəzi tibbi prosedurlar zamanı heyvanların qan analizi üçün qan götürülməsi, maye və dərmanların birbaşa damara verilməsi zəruri olur. Belə hallarda kateter qoyulması tətbiq edilir. VetAnimal-də bu prosedur peşəkar baytar həkimlər tərəfindən steril şəraitdə və heyvanın rahatlığı nəzərə alınaraq aparılır.
Kateter vasitəsilə dərmanlar və mayelər daha dəqiq və təhlükəsiz şəkildə yeridilir. Bu, xüsusilə zəhərlənmə, susuzlaşma, uzunmüddətli müalicə və əməliyyat sonrası dövrlərdə effektiv nəticə verir.
Heyvanınızın yaşı, çəkisi və sağlamlıq vəziyyəti nəzərə alınaraq uyğun kateter seçilir. Məqsədimiz – dostunuzun müalicə prosesini daha təhlükəsiz və rahat etməkdir.
Русский
