Dırnaq tutumu heyvanların həm sağlamlığı, həm də rahatlığı üçün müntəzəm aparılmalı olan baxım prosedurlarından biridir. Uzun dırnaqlar yerimə çətinliyi, oynaqlarda ağrı, hətta dırnağın qırılması və qanaxma kimi problemlərə səbəb ola bilər. Müntəzəm dırnaq kəsimi bu risklərin qarşısını alır və heyvanın gündəlik hərəkətini daha rahat edir.
VetAnimal-də dırnaq tutumu xüsusi alətlər və peşəkar mütəxəssislər tərəfindən aparılır. Proses tam təhlükəsizdir və heyvanın rahatlığı əsas prioritetdir.
Məqsədimiz balaca dostunuzun sağlam addımlarla hərəkət etməsini və zədələrdən qorunmasını təmin etməkdir.
Русский
