Damağın yırtılması (damaq defekti) itlərdə və pişiklərdə doğuşdan ola bilən anomaliya və ya sonradan yaranan travma nəticəsində meydana çıxır. Bu problem heyvanın qidalanmasını, nəfəs almasını çətinləşdirir və tez-tez infeksiyalara səbəb olur. Damaq defektlərinin cərrahi bərpası sayəsində normal qidalanma və həyat keyfiyyəti bərpa olunur.
VetAnimal-də damaq defektlərinin bərpası əməliyyatları peşəkar baytar cərrahları tərəfindən, müasir avadanlıqlarla və tam steril şəraitdə həyata keçirilir. Proses təhlükəsizdir və heyvanın rahatlığı nəzərə alınır.
Məqsədimiz balaca dostunuzun sağlam qidalanmasını və normal həyat keyfiyyətini təmin etməkdir.
Русский
