İtlərin tük baxımı onların sağlam, təmiz və rahat qalması üçün çox vacibdir. Mütəmadi tük baxımı yalnız estetik baxımdan deyil, eyni zamanda itin dəri və ümumi sağlamlığı üçün də vacibdir. İtin qırxılması sadəcə gözəllik məqsədli bir əməliyyat deyil — bu, həm də itin sağlamlığı və rifahı üçün olduqca vacibdir. Aşağıda itlərin qırxılmasının əsas əhəmiyyət nöqtələri göstərilib:

1. Dəri Sağlamlığı

Mütəmadi qırxım, itin dərisinin nəfəs almasına imkan yaradır və dəri sağlamlığını qoruyur.
Uzun və dolaşmış tük qatları dərinin hava almasını çətinləşdirə bilər.
İtlərin tük baxımı parazitlər (məsələn, bit, gənə) və dəri problemləri asanlıqla aşkar edilə bilər.

2. Tük Tökülməsinin Nəzarətdə Saxlanması

Mütəmadi qırxım, artıq tük tökülməsini azaldır.
Bu, həm evin təmizliyini qorumağa, həm də itin daha səliqəli görünməsinə kömək edir.

3. İtlərin Tük Baxımı Tüklərin Dolaşmasının Qarşısını Alır

Uzun tüklü it cinslərində tüklərin dolaşması çox yayılmış bir problemdir.
Bu hal dəridə hava keçməməsi və bəzi infeksiyalara səbəb ola bilər.
Mütəmadi qırxım, tüklərin dolaşmasının qarşısını alır.

4. İstilik Tənzimlənməsi

Xüsusilə isti havalarda qalın tük qatı itlərin bədən istiliyini tənzimləməsini çətinləşdirə bilər.
Qırxım, itlərin sərin qalmasına kömək edir və günvurma riskini azaldır.
Qış mövsümündə isə tam qırxmaq əvəzinə yalnız baxım etmək, tüklərin istilik qoruyucu funksiyasını saxlamaq lazımdır.

5. Gigiyena

Uzun tük qatları asanlıqla palçıq, toz, kirdən ibarət hissəcikləri toplaya bilər.
Qırxım, it baxımı daha təmiz və xoş qoxulu qalmasına kömək edir.

6. Qulaq və Göz Sağlamlığı

Qulaq bölgəsindəki tüklər hava dövranını azalda bilər və qulaq göbələklərinə səbəb ola bilər.
Göz ətrafındakı tüklər isə gözə girərək qıcıqlanma yarada bilər.
Mütəmadi qırxım bu cür problemlərin qarşısını alır.

7. Tarama (Fırçalama) Vərdişinin Qazanılması

itlərin tük baxımı

İtlərin tük baxımı və quflyor ziyarəti, itin bu proseslərə öyrəşməsinə və stres yaşamamasına kömək edir.
Xüsusilə balaca itlərin erkən yaşda bu prosedurlara alışması gələcəkdə qulluq prosesini çox asanlaşdırır.

8. Parazitlərin Erkən Aşkarlanması

Qırxım zamanı tüklərin arasında gizlənə bilən bit və gənə kimi parazitlər asanlıqla görünür və vaxtında müdaxilə olunur.

İtin qırxılması onun həm fiziki, həm də psixoloji sağlamlığı üçün vacibdir.
Mütəmadi tük baxımı, itin ümumi gigiyenasını qoruyur və gələcəkdə yarana biləcək dəri və parazit problemlərinin qarşısını alır.

İtinizi Nə Qədər Tezliklə Quflyora Aparmalısınız (İt Baxımı)?

İtin quflyora aparılma tezliyi onun cinsindən, tük quruluşundan, həyat tərzindən və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Ümumi olaraq aşağıdakı intervallar tövsiyə olunur:

Uzun Tüklü Cinslər (Golden Retriever, Shih Tzu, Maltese və s.)

  • Tükləri tez dolaşdığı üçün 4–6 həftədən bir quflyora aparılması tövsiyə olunur.
  • Mütəmadi qırxım, çimmə və tarama tüklərin sağlam və baxımlı qalmasını təmin edir.

Orta Tüklü Cinslər (Cocker Spaniel, Border Collie və s.)

  • Təxminən 6–8 həftədə bir quflyor ziyarəti kifayətdir.
  • Xüsusilə qulaq və quyruq bölgələrinə diqqət yetirilməlidir.

Qısa Tüklü Cinslər (Labrador, Beagle və s.)

  • Bu itlər daha az baxım tələb edir.
  • Adətən 8–12 həftədə bir quflyora aparmaq kifayətdir.
  • Hər halda çimmə, dırnaq kəsimi və qulaq təmizliyi üçün mütəmadi ziyarət faydalıdır.

Hipoalerjenik Cinslər (Poodle, Bichon Frise və s.)

  • Tük atmayan bu cinslərdə tüklər tez uzandığı üçün 4–6 həftədə bir quflyor ziyarəti vacibdir.

Leave a reply