Klinikamız hər gün saat 09:00–21:00 arası fəaliyyət göstərir. Təcili hallarda isə 24/7 əlaqə nömrəmiz açıqdır.
Klinikamızda ümumi müayinə, vaksinasiya, laborator analizlər, USM və rentgen, cərrahi əməliyyatlar, stomatologiya, kosmetik xidmətlər (grooming), həmçinin evə çağırış xidməti mövcuddur.
Bəli. Klinikamızda 24/7 təcili yardım xidməti mövcuddur. Zəhmət olmasa, təcili halda birbaşa əlaqə nömrəmizlə əlaqə saxlayın.
Qiymətlər xidmətin növündən asılı olaraq dəyişir. Ən dəqiq məlumat üçün klinikamızla əlaqə saxlamanızı və ya qiymət cədvəlimizi saytımızdan yoxlamağınızı tövsiyə edirik.
Bəli, qan analizi, biokimya, sidik analizi və digər testlər klinikamızda aparılır.
Ev heyvanınızı səyahət və ya iş səbəbindən tərk edə bilmədiyiniz hallarda klinikamızın otel xidmətindən yararlana bilərsiniz. Heyvanlar rahat otaqlarda, gündəlik qidalanma və baytar nəzarəti ilə saxlanılır.
Bəli. Klinikamızda müxtəlif cərrahi əməliyyatlar (kastrasiya, sterilizasiya, şişlərin çıxarılması, daxili orqan əməliyyatları və s.) yüksək ixtisaslı həkimlər tərəfindən icra olunur.
Bəli. Klinikamızda yüksək dəqiqlikli rentgen cihazı ilə sümük, oynaq və daxili orqanların müayinəsi aparılır.
Bəli. Ev heyvanınızın cari simptomlarını qeyd edərək sayt üzərindən və ya WhatsApp vasitəsilə online konsultasiya ala bilərsiniz. Lazım gələrsə, həkim klinikaya gəlməyi və ya təcili yardımı məsləhət görəcək.
Bəli, həkimlərimizin qrafikinə uyğun olaraq əvvəlcədən zəng və ya onlayn qeydiyyat vasitəsilə yazılmağınızı tövsiyə edirik. Təcili hallar istisnadır.
Bəli. Evdə müayinə və ya təcili yardım üçün həkim göndərə bilirik. Xidmətə görə əlavə ödəniş tətbiq olunur.
İtlər, pişiklər və digər ev heyvanları üçün beynəlxalq standartlara uyğun vaksinasiya proqramı tətbiq edirik.
Əməliyyatdan 8–12 saat əvvəl heyvanınıza yemək verməməyiniz tövsiyə olunur. Su qəbuluna isə həkim göstərişinə uyğun olaraq icazə verilir.
Bəli. Stasionar şöbəmizdə müalicə və müşahidə altında saxlama xidməti mövcuddur.
Grooming xidmətimizə yuyulma, darama, dırnaq kəsimi, qulaq və göz təmizliyi, eləcə də müxtəlif saç kəsimləri daxildir. Həm estetik, həm də gigiyenik baxım üçün xidmət göstəririk.
Bəli. Əməliyyatdan sonrakı ağır hallarda heyvanların nəfəs almasını və reabilitasiyasını asanlaşdırmaq üçün oksigen küvəz (oksigen box) dəstəyimiz mövcuddur.
Heyvanlarda diş daşlarının təmizlənməsi, ağız boşluğu infeksiyalarının müalicəsi, dişlərin çıxarılması və digər stomatoloji xidmətlər göstəririk.
Bəli. Klinikamızda beynəlxalq standartlara uyğun ev heyvanı pasportu hazırlanır. Pasportda heyvanın kimliyi, peyvəndləri, müalicələri və digər tibbi məlumatlar qeyd olunur. Bu sənəd həm ölkədaxili, həm də xaricə səyahətlərdə tələb olunur.